Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib

17:18 - 23 / 12 / 2015
Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib

Müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb.

Bundan başqa tərəflər hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə də fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
905

Son xəbərlər

Bütün xəbərlər