Müdafiə Nazirliyi erməni iftiralarına cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi erməni iftiralarına cavab verdi

17:44 - 23 / 12 / 2015
Müdafiə Nazirliyi erməni iftiralarına cavab verdi

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arçrun Ovannisyanın fikirlərinə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, V.Dərgahlı bəyan edib ki,nə qədər ki erməni ordusu atəşkəs rejimini pozaraq yaşayış məntəqələrinivə dinc Azərbaycan sakinlərini atəşə tutacaqsa, o qədər dədaha iriçaplı silahlarla cavab atəşilə susdurulacaqlar.

“Azərbaycan ordusu öz gücünün və hərbi sursatının çox az hissəsini istifadə edir. Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar daha dəqiq və uzunməzilli olaraq, daha dağıdıcı gücə malikdir. Lazım gələrsə Azərbaycan ordusu daha sarsıdıcı silahlar tətbiq edə bilər. Belə olan halda Ermənistan ordusu itkilərinin sayını təsəvvür belə edə bilməzlər. Ermənilər bunu başa düşməlidirlər.

Bundan qaçmaq və gənc erməni nəslinin qorunması üçün Ermənistan birdəfəlik işğal etdikləri Azərbaycan ərazilərini azad etməlidirlər. Hazırda erməni ordusu təmas xəttində Azərbaycan kəndlərinə və dinc sakinlərə atəş açaraqsüni gərginlik yaradırlar. Hər il onlarla dinc Azərbaycan sakinin erməni gülləsindən ya yaralanır, ya da həlak olur. Bunu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT də bilir.

Əgər düşmən bizim buna laqeyd qalaraq cavab verməyəcəyimizi fikirləşirsə, o zaman dərin səhvə yol verir. Azərbaycan orsudu erməni dinc sakinlərinə toxunmamaqdan ötrü əlindən gələni əsirgəmir. Bunula əlaqədar xarici KİV-lərə müsahibə verən Ağdərə yaxınlığındakı Talış və Maqadiş kəndlərini xatırlayın. Onlar bildirib ki, Azərbaycan ordusu bizə atəş aça bilərlər, amma bunu etmirlər. Təkcə bu bəyanat erməni yalanını puç edir”, - V.Dərgahlı bəyan edib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi jurnalistlərə açıqlama verib ki, qoşunlarıntəmas xəttindəki vəziyyətini müharibə kimi xarakterizə etmək olar.

1news.az

Paylaş:
672

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər