Bakının iki rayonunda qaz verilməsi məhdudlaşdırılacaq
Bu gün Bakının Xətayi və Sabunçu rayonlarında qaz verilməsi prosesi məhdudlaşdırılacaq.
1news.az “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, qaz borusunda aşkarlanan sızmanın qarşısını almaq məqsədilə, həmçinin, qış mövsümünün başlanması və təmir işlərinin aparılması ilə əlaqədar olaraq 23 dekabr tarixində M Hadi küçəsində yerləşən evlərdə, ya yaxın ərazilərdə, həmçinin, Maştağa, Pirşağı, Kürdəxanı və Bilgəh qəsəbələrində qaz təchizatı məhdudlaşdırılacaq.
617