Əli Əhmədov: "Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir"
“2015-ci ildə çox əhəmiyyətli hadisələr baş verib. Bunlardan biri bu il noyabrın 1-də keçirilmiş prezident seçkiləridir. YAP bu seçkilərdə qalib gəldi”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının keçirdiyi konfransda YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
“2015-ci ildə çox əhəmiyyətli hadisələr baş verib. Bunlardan biri bu il noyabrın 1-də keçirilmiş prezident seçkiləridir. YAP bu seçkilərdə qalib gəldi. Bu da İlham Əliyevə xalqın inamı və onun yürütdüyü siyasəti dəstəkləməklə bağlıdır.
Digər mühüm hadisə Avropa Oyunları oldu. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın böyük potensialını dünyaya təqdim etməyə imkan verdi. Son illər Azərbaycan dünyaya sürətlə inkişaf edən dövlət kimi tanınmaqla yanaşı, yeni bir ölkə kimi dünya birliyində yer tuta bilib.
Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçid əsas vəzifələrdən birinə çevrilib. Bu da sosial rifahın yaxşılaşdırılması ilə xarakterizə olunacaq. İnanıram ki Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı vəzifələr uğurla icra olunacaq.
Bu gün YAP-ın sədri, Prezident İlham Əliyevin doğum günüdür. Bu gün münasibətilə onu təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq”, - Ə.Əhmədov çıxışında bildirib.
1news.az