Bahar Muradova: “Azərbaycan ABŞ-la münasibətləri birmənalı olaraq kəsmək niyyətində deyil” | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: “Azərbaycan ABŞ-la münasibətləri birmənalı olaraq kəsmək niyyətində deyil”

15:23 - 24 / 12 / 2015
Bahar Muradova: “Azərbaycan ABŞ-la münasibətləri birmənalı olaraq kəsmək niyyətində deyil”

“Azərbaycan ABŞ-la münasibətləri birmənalı olaraq kəsmək niyyətində deyil. Kimsə bunu bizdən gözləməsin. Sadəcə müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradovadeyib.

Eyni zamanda, B.Muradova əlavə edib ki, Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşı olması tək Azərbaycanın yox, həm də ABŞ-ın, amerika xalqının marağındadır:

“Azərbaycanın özünün strateji tərəfdaşları ilə qarşılıqlı münasibətdə olduğu bütün ölkə və təşkilatlarla qurduğu münasibətlərə adekvat münasibəti də gözləməkdə haqqı var. Bu həm ABŞ-a, həm də digər dövlətlərə aiddir. Hesab edirəm ki, qarşılıqlı münasibətlər qarşılıqlı hörmətə və bir-birinin maraqlarını nəzərə almağa yönəlməlidir. Yox, əgər bir tərəf öz marağını hər şeydən üstün tutub yalnız diqtə yolunu tutacaqsa, əlbəttə ki, Azərbaycan bunu qəbul etməyəcək və öz mövqeyini qarşı tərəfin diqqətinə çatdıracaq.

Hazırda Azərbaycan ictimaiyyəti, siyasi dairələrimiz bu barədə mövqeyimizi açıq şəkildə ifadə edirlər. Hesab edirəm ki, dostlar, strateji müttəfiqlər arasında münasibətlər açıq və səmimi olmalıdır ki, hər kəs bir-birinin mövqeyini nəzərə ala bilsin. Azərbaycan ABŞ-la münasibətləri birmənalı olaraq kəsmək niyyətində deyil. Kimsə bunu bizdən gözləməsin. Sadəcə müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir.

Səninlə hansı dildə damışırlarsa o dili anladığını göstərməlisən. Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşı olması tək Azərbaycanın yox, həm də ABŞ-ın, amerika xalqının marağındadır. Azərbaycanın regiondakı mövqeyi, onun imkanları və verə biləcəyi töhfə yalnız bizə xidmət etmir. Qarşı tərəf də bunu anlamalıdır.

Yeni qətnamə barədə ən müxtəlif fikirlər səsləndirilir. İctimaiyyət, millət vəkilləri, siyasətçilər münasibətləri normal məcraya yönəltmək üçün müəyyən fikirlər səsləndirir, konkret layihələr təklif edirlər. Düşünürəm ki, hansı addımın atılması yalnız müzakirələr nəticəsində müəyyən oluna bilər”, - B.Muradova bildirib.

Qeyd edək ki, deputat Rövşən Rzayev “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.

1news.az

Paylaş:
1148

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər