Bakıda “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib

17:29 - 24 / 12 / 2015
Bakıda “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib.

1news.az-ın məlumatına görə, ilin yekunlarına həsr olunan konfransda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq başa çatmaqda olan bu ildə ölkəmizin həyatında bir çox mühüm hadisələrin olduğunu deyib:

“2015-ci ildə çox əhəmiyyətli hadisələr baş verib. Bunlardan biri bu il noyabrın 1-də keçirilmiş prezident seçkiləridir. YAP bu seçkilərdə qalib gəldi. Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə sevgisi, onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının cəmiyyətdə yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var”.

Digər mühüm hadisə kimi Avropa Oyunlarının keçirilməsini qeyd edən Ə.Əhmədov bildirib ki,  Oyunların ilk dəfə ölkəmizdə keçirilməsi Azərbaycanın böyük potensialını dünyaya təqdim etməyə imkan verdi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin on ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeləri möhkəmlənib, ölkəmiz regionun lider dövlətinə çevrilib:

“Bu gün hegemon dövlətlər dünyanın inzibati-siyasi xəritəsini dəyişməyə can atırlar. Belə bir şəraitdə Azərbaycan öz dövlət siyasətinin başlıca hədəflərini müəyyənləşdirməklə yanaşı, düzgün siyasəti nəticəsində sanki bir sabitlik adasına çevrilib”.

Ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan söz açan A.Əlizadə elm adamlarını ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verməyə çağırıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında son iki ildə aqrar sahədə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, son iki ildə bu sahədə görülən işlərin əsas hədəfini həmin sektora dövlət dəstəyinin artırılması ilə xarakterizə etmək olar.

1news.az

Paylaş:
727

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər