Royal Bank of Scotland-ın proqnozuna görə neftin qiyməti 16 dollara düşə bilər | 1news.az | Xəbərlər
Siyasət

Royal Bank of Scotland-ın proqnozuna görə neftin qiyməti 16 dollara düşə bilər

11:39 - 24 / 12 / 2015
Royal Bank of Scotland-ın proqnozuna  görə neftin qiyməti 16 dollara düşə bilər

Royal Bank of Scotland xəbərdar edib ki, 2016-cı ilin əvvəlində neftin qiyməti 1 barel- 16 dollara düşə bilər.

“İqtisadi nöqteyi nəzərdən 2016-cı il 2015-ci ildən daha ağır olacaq”- deyə, Royal Bank of Scotland-ın baş iqtisadçısı Endryu Roberts bildirib.

1news.az RBK saytına istinadən xəbər verir ki, yeni ilin ən neqativ hadisəsi neft sektorunda müşahidə olunacaq. Belə ki, 2016-cı ildə  1 barelə görə neftin qiyməti əvvəl 26 dollara, daha sonra isə  16 dollara düşəcək.

“Biz yaxın hədəf kimi neftin bir barelinin 26 dollar olması istiqamətində hərəkət edirik. Daha sonra isə 1 barel  16 dollara düşəcək. Bu hadisə 2016-cı ildə baş verməlidir. Lakin Beynəlxalq Enerji Agentliyi hesab edir ki, neftə olan tələb azaldığına və neft saxlancları artıq dolduğuna görə yeni ilin ilk rübündə artıq bu qiymət düşməsi riski yüksəkdir”-nəşrin “16-da 16“ adlı şərh bölməsində qeyd olunub.

Paylaş:
812

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər