Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adlar verilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adlar verilib

23:40 - 23 / 12 / 2015
Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adlar verilib

Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Abdullayev Oqtay Seydəli oğlu

Babayev Nizami Əliheydər oğlu

Eynullayev Balasən Seyfulla oğlu

Əliyev Tofiq Zöhrab oğlu

Həsənov Faiq Zülfiqar oğlu

Məmmədov Oqtay Abbas oğlu».

Paylaş:
1123

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər