XİN: “Qarabağda gərginliyin səbəbi – erməni işğalçı qüvvələridir” – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

XİN: “Qarabağda gərginliyin səbəbi – erməni işğalçı qüvvələridir” – VİDEO

14:30 - 25 / 12 / 2015
XİN: “Qarabağda gərginliyin səbəbi – erməni işğalçı qüvvələridir” – VİDEO

Dağlıq Qarabağda gərginliyin artması və atəşkəs rejiminin pozulması Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın işğalçı qüvvələrinin  mövcud olması ilə əlaqədardır.

Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsrailin “İ24News” telekanalının canlı efirində çıxış edib və cəbhədə yaranmış gərginlik və münaqişənin həlli ilə əlaqədar sualları cavablandırıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və müharibə 20 ildən artıq bir dövrdə davam edir. İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur.

Ermənistan eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təcrübə göstərir ki, prezidentlər səviyyəsində görüş keçirilərkən Ermənistan təxribatçı addımlara əl atır və qəsdən vəziyyəti gərginləşdirir. 19 dekabr tarixində Berndə ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş prezidentlərin görüşündən sonra da Ermənistan bu kimi təxribatlara əl atdı. Hal-hazırda danışıqlarda münaqişənin həlli ilə əlaqədar konkret təkliflər vardır.

Ermənistanın bu əməllərlə əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir.

Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa iddia edirdilərsə “bu münaqişə dondurulmuşdur” onlar yanılırlar.  Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan  ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər.

Paylaş:
914

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər