Əli Həsənov: Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var

16:46 - 25 / 12 / 2015
Əli Həsənov: Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var

“Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan ölkumətinin müvafiq konsepsiyası var”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. O bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir.

Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi  və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər:

“Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır”.

1news.az

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər