Əbülfəz Qarayev: “Bu il Azərbaycana gələn turist sayında artım olmayıb”
“2015-ci ildə Azərbaycana gələn turistlərin sayında artımın olmaması dünyada baş verən proseslərlə əlaqədardır”.
Bu haqda jurnalistlərə açıqlamasında Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.
Onun sözlərinə görə, iqtisadi böhranla əlaqədar dünya turizm sənayesində artım yoxdur.
“Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Resoublikasına turist axını keçən illə müqayisədə 10 faiz azalıb.
Nazir qeyd edib ki, Rusiya bazarında xarici ölkələrə səfər edən vətəndaşların sayı 70 faiz azalıb.
“Azərbaycana gələn 2.5 milyon xarici vətəndaşdan 700-800 min nəfəri RF-dən gəlirdi”- deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, maraqlı cəhət ondan ibatərdir ki, bu il Azərbaycana yeni turizm bazarından,İran körfəzi ölkələrindən, Avropa və Latın Amerikasından turistlər səfər edib.
Beləliklə, turistlərin gəldiyi ölkələrin coğrafiya tədricən genişlənir. Turizm yarmarkaları keçirdiyimiz ölkələrdən turist axını artır”-deyə nazir bildirib.
1news.az