Patronla ehtiyatsız davranan Bakı sakininin əli amputasiya olundu
Əlində patron partlayan Bakı sakini ciddi xəsarət alıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dekabrın 25-də Binəqədi rayonunda yaşayan Uğur Abdullayev həyətində ov tüfənginə aid patronla ehtiyatsız davrandığından patron partlayıbr.
U.Abdullayev xəstəxanaya yerləşdirilib və əl nahiyəsi amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
1news.az
955