Yediyi balıq Cəlilabad sakininin həyatına son qoydu
Cəlilabad sakini yediyi balıqdan zəhərlənərək dünyasını dəyişib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, dekabrın 27-də Cəlilabad rayonunun Alar kəndində yaşayan Mirzəbala Mirzəyev qidadan (balıq) zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Həkimlərin səylərinə baxmayaraq M.Mirəzyevin həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
1news.az
618