Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək aşağı enəcək

13:28 - 29 / 12 / 2015
Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekab ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər zəif duman olacağı, axşama doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskinli olacağı, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Qeyd edək ki, nazirlik ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 03-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 04-dək davam edəcək.

Belə küləkli, soyuq diskomfortlu və yağıntılı hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir.

1news.az

Paylaş:
1211

Son xəbərlər

Bütün xəbərlər