Azərbaycanda Uşaq Məlumat Bankı yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Uşaq Məlumat Bankı yaradılacaq

14:06 - 30 / 12 / 2015
Azərbaycanda Uşaq Məlumat Bankı yaradılacaq

Azərbaycanda Uşaq Məlumat Bankının yaradılması nəzərdə tutulur.

1news.az  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov AZƏRTAC-a müsahibəsində deyib.

E.Səfərov bildirib ki, Məlumat Bankında uşaqlar haqda bütün məlumatlar toplanacaq. Həmin Bankda 38 bənd üzrə məlumatlar olacaq.

Uşaqların bilik səviyyəsi, yaşayış yeri, aliment və sosial müavinət alıb-almamağı, habelə digər məsələlərlə bağlı ətraflı məlumatlar da Məlumat Bankında toplanacaq.

Qeyd edib ki, Uşaq Məlumat Bankı üzərində 7 dövlət qurumu tərəfindən iş aparılır, Məlumat Bankın maketi, texniki komponentləri artıq hazırlanıb.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər