Qaradağ rayonunda yeni “Gənclər evi” istifadəyə verildi
Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman nazirliyinin sifarişi ilə tikilmiş “Gənclər evi” istifadəyə verilib.
1news.az-ın məlumatına görə, 2013-cü ildən tikintisinə başlanılmış mərkəz 3 mərtəbə və zirzəmidən ibarətdir.
Mərkəzin zirzəmisinə 6 otaq: xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası, texniki otaqlar və s. daxildir.
Mərkəzin 1-ci mərtəbəsində Gənclər və İdman İdarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin foto guşəsi yerləşir.
Mərkəzin 2-ci mərtəbəsinə internet klub, texnika və ixtiraçılar klubu, vətənpərvərlik klubu, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat (masa üstü oyunlar) və musiqi dərnəyi daxildir.
3-cü mərtəbədə isə video studiya, gənclər üçün qaynar xətt xidməti, “Gənclər evi” müdriyyətinin inzibati otaqları və s yerləşir.
Obyektin ümumi tikinti sahəsi 710,4 kv.metr , tikinti obyektlərinin ümumi sahəsi 2229,5 kv.metr, tikinti obyektlərinin ümumi həcmi isə 7674,6 kub metrdir.
1news.az