Akademik Milli Dram Teatrına yeni baş direktor təyin olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Akademik Milli Dram Teatrına yeni baş direktor təyin olunub

11:46 - 06 / 01 / 2016
Akademik Milli Dram Teatrına yeni baş direktor təyin olunub

Azərbaycan Akademik Milli Dram Teatrının  yeni baş direktoru təyin olunub.

1news.az  APA –ya istinadən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş direktoru təyin olunub.

İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın baş direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilə müddəti uzadılmayıb.

Paylaş:
1357

Son xəbərlər

Bütün xəbərlər