Azərbaycan ordusunun əsgəri şəhid olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ordusunun əsgəri şəhid olub

19:45 - 29 / 01 / 2016
Azərbaycan ordusunun əsgəri şəhid olub

Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçu əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  1news.az-a verilən məlumata görə, Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

1news.az

 

Paylaş:
673

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər