Müdafiə Nazirliyi: Azərbaycan ilk dəfə “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycan ilk dəfə “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib

16:11 - 04 / 04 / 2016
Müdafiə Nazirliyi: Azərbaycan ilk dəfə “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib

Azərbaycan Ordusu erməni işğalçılarının əks-hücumlarının qarşısını almaq üçün düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.

Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan “TOS-1A” “Solntsepyok” dağlıq ərazilərdə xüsusilə effektlidir.

1news.az

Paylaş:
2245

Son xəbərlər

Bütün xəbərlər