ANAMA Tərtər, Füzuli və Samuxda aşkarlanan partlamamış hərbi sursatlar barədə hesabat yayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Tərtər, Füzuli və Samuxda aşkarlanan partlamamış hərbi sursatlar barədə hesabat yayıb - FOTO

10:23 - 10 / 05 / 2016
ANAMA Tərtər, Füzuli və Samuxda aşkarlanan partlamamış hərbi sursatlar barədə hesabat yayıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 9-da agentlik tərəfindən Tərtər, Füzuli və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Tərtər rayonunun Qarağacı kəndində 3 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar edilib, gün ərzində 30 min kvadratmetr ərazi yoxlanılıb.

Qaynaq kəndində 1 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 millimetrlik top mərmisi aşkar edilib. Gün ərzində 1250 kvadratmetr ərazi yoxlanılıb.

Əskipara kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib və gün ərzində 5 min kvadratmetr ərazi yoxlanılıb. Baxış zamanı PHS aşkar olunmayıb.

Gün ərzində 5 ev və həyətyanı sahələrdə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilib, 36 min 250 kvadratmetr ərazi yoxlanılıb, 2 ədəd 122 millimetrlik top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə daşınıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 470 kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb. İki otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 470 kvadratmetr ərazi təmizlənib.

Mayın 9-da 5 ev və həyətyanı sahədə, 5 otlaq sahəsi daxil olmaqla 14 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə daşınıb. Gün ərzində 36 min 720 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-9 may tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 453 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1417 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina, 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

 

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər