Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək
İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mayın 16-da Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək.
1news.az xəbər verir ki, ın məlumatına görə, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.
AZPROMO-dan verilən məlumata görə, biznes foruma kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində fəaliyyət göstərən 40-dan artıq İran şirkətinin qatılacağı gözlənilir.
1news.az
491