Aprel ayının əvvəlində olan döyüş əməliyyatlarında Ermənistan SQ-nin itkiləri məlum oldu | 1news.az | Xəbərlər
Siyasət

Aprel ayının əvvəlində olan döyüş əməliyyatlarında Ermənistan SQ-nin itkiləri məlum oldu

16:22 - 13 / 05 / 2016
Aprel ayının əvvəlində olan döyüş əməliyyatlarında Ermənistan SQ-nin itkiləri məlum oldu

Aprel ayının əvvəlində cəbhə xəttində baş verən döyüş əməliyyatları zamanı 320 nəfər erməni hərbçisi həlak olub, 500 nəfər isə yaralanıb.

1news.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Naziliyinin mətbuat-xidmətinin rəhbəri Vaqif Dərgahlı 13 may tarixində Milli Məclisdə keçirilən cəbhə xəttində sonuncu hadisələr və beynəlxalq humanitar hüquq problemləri ilə bağlı dinləmələr zamanı bildirib.

“Azərbaycan artilleriyası tərəfindən 30 tank və düşmənin başqa hərbi texnikası, Ermənistan tərəfin 25 artilleriya qurğusu məhv edilib”,- deyə o, bildirib.

V. Dərgahlı xatırladıb ki, ötən il qoşunların təmas xəttində məhv edilən helikopter məhz Ermənistandan gəlib.

Ermənistanın məqsədi başqa ölkələri də bu münaqişəyə cəl etməkdir”,- o, deyib.

V.Dərgahlının sözlərinə görə, bu ilin mart ayında qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələri düşmən ordusu tərəfindən ağır texnikadan atəşə tutulub.

“Aprelin əvvəlində erməni tərəfi bizin ön cəbhədə yerləşən qoşunlarımızı sıradan çıxarmağa çalışıb. Ən gərgin vəziyyət Ağdərə- Tərtər- Ağdam və Füzuli istiqamətində baş tutub. Azərbaycan SQ qısa  zaman ərzində düşmən tərəfin mövqelərini müəyyən edib və sıradan çıxarıb. Naftalan üçün təhlükə yaradan Talış kəndindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə düşməndən azad edilib. Ağdərə-Matagiz yolunun nəzarət altında saxlanılmasına imkan yaradılıb.

V.Dərgahlı həmçinin onu da bildirib ki, düşmən tərəfi hərbu əməliyyatlar zamanı Ermənistandan bütün hərbi qüvvələri cəlb etməs də nəticəsiz qalıb”,- o, deyib.

“Əməliyyatlar zamanı Azərbaycan SQ-nin ancaq ön xəttə olan hissələrindən istifadə olunub”,- deyə Dərgahlı bildirib.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər