Dmitri Roqozin Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Roqozin Azərbaycana gələcək

12:29 - 13 / 05 / 2016
Dmitri Roqozin Azərbaycana gələcək

Rusiya hökunmətinin baş nazirinin müavini Dmitri Roqozin mayın 17-də Azərbaycana səfər edəcək.

1news.az-ın İnterfaks-Azərbaycana istinadla verdiyi xəbərə görə, Rusiya baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

“Səfər çərçivəsində əsasən Rusiya prezidenti Vladimir Putinin may ayında Azərbaycana gözlənilən səfəri ilə əlaqədar müzakirələr aparılacaq”, - agentliyin mənbəsi bildirib.

Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyəti müzakirə edəcəklər.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər