Dmitri Peskov: “Vyanada Dağlıq Qarabağla bağlı görüş mütəvazi optimizmə əsas verir”
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin nəticəsi mütəvazi optimizmə əsas verir”,- bunu RF prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.
Daha əvvəl Vyanada Dağlıq Qarabağda vəziyyət ağırlaşandan sonra Azərbaycan və Ermənistan prezidentləri- İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutub.
Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andrie iştirak edib.
“Münaqişəni gərgin hissəsi keçdiyi haqqında danışmaq olarmı?” –deyə jurnalistin sualın Peskov cavab verib: “Sössüz ki, bizim XİN rəhbəri tərəfindən gərəkli qiymətləndirmə aparılıb. Biz ümid edirik ki, bu planda optimizm üçün əsas var. Bu isə daha davamlı mərhələ üçün imkan yarada bilər”.
Qeyd edək ki, danışıqlardan həmən sonra mayın 17-də Ermənistan SQ-nin qoşunların təmas xəttində Azərbaycan ordusunun hərbçisi Natiq Tahirli həlak olub.
Mövzu ilə əlaqədar oxuyun:
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində əsas platfotma olaraq alır. Lakin onun səylərinə baxmayaraq münaqişə 20 ildir ki davam edir.
Azərbaycanın 20 faiz ərazidi – Dağlıq Qarabağ və yaxınlıqdakı 7 rayon Erməni silahlılarının təcavüzü altındadır.
Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var.
1news.az