Türkiyəli qəzetçi: BMT “Metsamor”un bağlanması üçün təcili tədbirlər görməlidir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyəli qəzetçi: BMT “Metsamor”un bağlanması üçün təcili tədbirlər görməlidir

11:41 - 17 / 05 / 2016
Türkiyəli qəzetçi: BMT “Metsamor”un bağlanması üçün təcili tədbirlər görməlidir

Ermənistandakı istismar vaxtı keçmiş “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmaması bölgə ölkələrinə qarşı açıq təhdiddir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Türk Dünyası Qəzetçilər Federasiyasının mətbuat katibi Türer Yener bildirib ki, “Metsamor”un faktiki olaraq fəaliyyət göstərməsi bəşəriyyətin nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərin pozulması deməkdir.

Ermənistan hökumətinin bu stansiyadan siyasi təzyiq vasitəsi kimi istifadə etməsi yolverilməzdir. Araz çayı vasitəsilə “Metsamor” tullantılarının Xəzər dənizinə axıdılması Ermənistandan qaynaqlanan radiasiya təhlükəsinin coğrafiyasını genişləndirir. Bundan başqa, “Metsamor”un seysmoloji ərazidə yerləşməsi bölgə üçün olduqca ciddi vəziyyət yaradır. Bu barədə illər boyu həyəcan təbili çalmışıq. Odur ki, BMT, dünyanın mütərəqqi qüvvələri “Metsamor”un bağlanması üçün təcili tədbirlər görməlidir.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər