Milli Məclisin sədri Sankt-Peterburqda Rusiya Dövlət Dumasının sədri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin sədri Sankt-Peterburqda Rusiya Dövlət Dumasının sədri ilə görüşüb - FOTO

14:21 - 19 / 05 / 2016
Milli Məclisin sədri Sankt-Peterburqda Rusiya Dövlət Dumasının sədri ilə görüşüb - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 19-da Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının sədri ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi.

S.Narışkin bu ilin aprelində Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci iclasında yaxından iştirakına görə Azərbaycan parlamentinin sədrinə təşəkkürünü bildirdi və bu cür görüşlərin uğurla davam etdiriləcəyinə əmin olduğunu dedi. Dövlət Dumasının sədri bu ilin sentyabrında Rusiyada keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi barədə məlumat verdi.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın və Rusiyanın parlamentləri arasında əlaqələrin inkişafından danışaraq bildirdi ki, ölkələrimizin prezidentlərinin səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb, nümayəndə heyətlərimizin səfərləri zamanı 200-dən çox sənəd imzalanıb, daha 51 sənəd isə imzalanmağa hazırlanır.

Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə Milli Məclisin müşahidəçilər qrupunun yaxından iştirak edəcəyini söyləyən Oqtay Əsədov vurğuladı ki, Azərbaycanın Rusiyadakı böyük diasporunun nümayəndələri daim Rusiya dövlətçiliyini dəstəkləyib, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfələrini veriblər.

Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
456

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər