“Çilov” yatağında yeni quyu qazılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Çilov” yatağında yeni quyu qazılır

13:07 - 27 / 05 / 2016
“Çilov” yatağında yeni quyu qazılır

“Çilov” yatağındakı 112 saylı özüldən 118 nömrəli quyuda qazma işlərinə başlanılıb.

1news.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər