BMT: Bu həftə Aralıq dənizində 700-dən çox miqrantın öldüyü ehtimal olunur | 1news.az | Xəbərlər
Dünya

BMT: Bu həftə Aralıq dənizində 700-dən çox miqrantın öldüyü ehtimal olunur

19:47 - 29 / 05 / 2016
BMT: Bu həftə Aralıq dənizində 700-dən çox miqrantın öldüyü ehtimal olunur

Bu həftə ərzində Liviya sahillərində gəminin qəzaya uğraması nəticəsində 700-dən çox miqrantın öldüyü ehtimal edilir.

1news.az RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarının idarəsi məlumat yayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının idarəsinin təmsilçisi Federiko Fossi əmin olmasalar da, bu həftə 700-dən çox miqrantın Aralıq dənizində batmasını ehtimal etdiklərini bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Avropaya 194 min 611 miqrant gəlib, 1475 insan miqrant isə ölüb.

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər