İsrailin «Zamanın çağırışları» saytı: Müasir Ermənistan rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər? | 1news.az | Xəbərlər
Siyasət

İsrailin «Zamanın çağırışları» saytı: Müasir Ermənistan rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?

11:49 - 29 / 05 / 2016
İsrailin «Zamanın çağırışları» saytı: Müasir Ermənistan rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?

İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında ekspertlər Mila Abramoviç və Arye Qutun Yerevanda faşist generalı Njdeyə abidə qoyulmasına həsr edilmiş “Ermənistanda Hitlerə abidəmi ucaltmağa hazırlaşırlar?” sərlövhəli məqaləsi dərc olunub.

Məqalə müəllifləri yazırlar ki, dünən Yerevanda, Ermənistan hökuməti binasının üçüncü korpusu qarşısında “böyük” hərbi və siyasi xadim, XX əsrin əvvəlində erməni milli-azadlıq hərəkatının “qəhrəmanı” Qaregin Njdeyə abidə qoyulub. “Novosti-Armeniya” xəbər verir ki, abidənin rəsmi açılışı mayın 28-də - birinci respublika günü olacaq.

Məqalə müəllifləri yazırlar: “General Njde faşist olmasaydı, erməni legionu ilə birlikdə xalqımızın məhv edilməsində iştirak etməsəydi, bu xəbər bizim üçün adi xəbər olardı. General Njde həqiqətən də vermaxtın erməni legionunun generalı olub. Hitler hakimiyyətə gələndən sonra Njde erməni diasporundan Hitler yönümlü “Tseqakron” təşkilatı yaratmağa başlayıb, 1942-ci ildə isə vermaxt tərkibində erməni legionu yaratmağa başlayıb. Xalqımız üçün Holokost ağrı, məşəqqət, həqarət, təhqir, vəhşilik, barbarlıq, general Njdenin başçılığı ilə erməni legionunun xidmətlərindən istifadə edən azğınlaşmış və qudurğan faşist rejimi tərəfindən kütləvi məhvetmə deməkdir.

Holokost barədə ilk dəfə müasir Ukrayna ərazisində yaşayan bütün doğmalarını bu soyqırımında itirən yaşlı nəsildən eşitmişik. Bəziləri möcüzə sayəsində xilas olublar və Qızıl Ordu sıralarında Kiyevdən Berlinə gedib çıxıblar. Avropa yəhudilərinin fəlakətinə çevrilən Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İndi müasir Ermənistan rəhbərliyinin erməni faşisti - general Njdeyə abidə qoyması haqqında xəbər babalarımızın və nənələrimizin bu barədə danışdıqları uşaqlıq illərimizdə olduğu kimi bizi yenidən sarsıtdı. Bu xəbər bizi sözün əsl mənasında ildırım kimi vurdu. Biz sual veririk: “Müasir Ermənistanın rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?”

Məqalə müəlliflərinin fikrincə, Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və hələ də davam etməkdə olan iqtisadi tənəzzül yəhudiləri Ermənistanı tərk etməyə məcbur edib. Yəhudilər indiyə qədər zorakılığa məruz qalırlar. Bu da televiziyada antisemit ruhlu verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində təzahür olunur. Məqalə müəllifi yazır: “Sirr deyildir ki, belə faktlara başqa ölkələrdə də rast gəlmək olar. Səbəbi də əhalinin bir hissəsinin məlumatsızlığındadır. Amma Ermənistanda antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və KİV nümayəndələrinin münasibətinin ayrılmaz tərkib hissəsidir. Bir neçə il əvvəl Yerevanda, Yazıçılar Evində Romen Yepiskoposyanın erməni və rus dillərində nəşr edilmiş “Milli sistem” kitabının təqdimatı olub. Onda “Ermənistanın yəhudi icmasının” rəhbəri deyilən Rimma Varjapetyan yəhudi xalqının şərəf və ləyaqətini, faşistlər tərəfindən məhv edilən altı milyon yəhudinin xatirəsini müdafiə etmək əvəzinə bəyan edib ki, “bu kitab elə bir vasitə kimi düşünülüb ki, onun köməyi ilə hansısa milli sistemi formalaşdırmağa başlamaq olar”. Burada qondarma “yəhudi icmasının” başçısına belə bir məntiqi sual yaranır: əgər o, özünü yəhudi xalqının nümayəndəsi hesab edirsə, onda dəlilsiz-sübutsuz Holokostun mif olduğunu bəyan edən bu qatı antisemit və erməni şovinisti Romen Yepiskoposyanla necə razılaşa bilər? Yəqin ki, başı yalançı şahidliyə o dərəcədə qarışıb ki, tanınmış yəhudi ictimai xadimi Simon Vizentalın sözlərini unudub. S.Vizental yazırdı ki, “yəhudilər Holokostu daim xatırlamalıdırlar, o, hər bir yəhudi və bütövlükdə yəhudilik üçün yəhudi tarixində bir növ nasizmin yenidən baş qaldırmasının və Holokostun inkarının yolverilməz olduğu dönüş nöqtəsinə çevrilməlidir”. Bəs xanım Varjapetyan nə edir? O, təkcə erməni olduqlarına görə neonasistləri və antisemitləri müdafiə edir. Yeri gəlmişkən, o, erməni millətçilərinin faşist əsirliyində saxlanılan, 22 ildir əsarətdə dəhşətli əzablara və təhqirlərə məhkum olan yəhudi Vüqar Mixaylov ilə indiyədək maraqlanmayıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekker göstərirdi ki, bir neçə il əvvəl məhz Rimma Varjapetyan “Ermənistanda antisemitizm” adlı hesabatında erməni tarixi dərsliklərində və Ermənistan KİV-lərində general Njde və general Dro kimi məşhur erməni faşistlərinin və antisemitlərinin təriflərinin göylərə qaldırılması faktını qeyd edib.

Arye Qut və Mila Abramoviç yazırlar: “İkinci Dünya müharibəsində minlərlə yəhudinin məhv edilməsində məhz bu iki “qəhrəman erməni generalının” şəxsən iştirak etməsini xatırlatmağa ehtiyac varmı? Varjapetyanın fikrincə, Ermənistanın azadlığının məhz bu “mübarizləri”, qatı antisemitlər və faşistlər ölkənin indiki rəhbərlərinə öz ekspansionist planlarına bəraət qazandırmağın və böyüməkdə olan nəsli başqa xalqlara münasibətdə nifrət ruhunda tərbiyə etməyin rəmzi kimi lazımdırlar. Məgər yəhudilərin məhv edilməsinin iştirakçısı olan bu faşist haqqında informasiyanın “qəhrəman” obrazında erməni tarixi dərsliklərinə daxil edilməsi antisemitizm deyilmi? Məgər bu, Varjapetyan tərəfindən faşizmə bəraət qazandırmaq deyilmi, yoxsa “yəhudi” olsa da, o, təkcə erməni olduqlarına görə nasist cinayətkarların fəaliyyətinə bəraət qazandırmağa hazırdır?”

Amma tarix İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq: “General Njdenin və general Dronun (onlar minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak ediblər) başçılıq etdikləri erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna digər “yarasızları” yaxalamaq və məhv etmək idi. Bununla bərabər, erməni legionu əsir düşərgələrində məhz yəhudilərə qarşı ölüm marşları təşkil edirdi. Mərhum Azərbaycan tarixçisi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni birləşmələrinin yəhudilərin soyqırımında iştirakından çoxsaylı faktlar gətirilir. Məsələn, Qərbi Krımda əməliyyat haqqında “Dromedar” zonderkomandasının hesabatı. R.Mustafatev yazırdı: “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17 645 yəhudi, 2 504 qaraim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Aluşta, Qarasuvbazar, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”.

Ermənistanda dövlət səviyyəsində qəbul edilən, türklərə və azərbaycanlılara münasibət bildirilən rəsmi sənədlər, erməni müəlliflərin bədii əsərləri və “elmi” yazıları, Ermənistanın dövlət və siyasi xadimlərinin türk-Azərbaycan mövzusuna həsr olunmuş nitqləri bir qayda olaraq ittihamedici xarakter daşıyır. Onların hər birində ittihamedici meyl görünür. Söhbət ermənilərin türklər və azərbaycanlılar əleyhinə irəli sürdükləri nə bir, nə də iki ittihamdan deyil, “Nə üçün türklər Yer kürəsinin bu cənnət guşəsində yaşamalıdırlar?” kimi yüzlərlə ağlasığmaz ittihamdan gedir.

Məqalə müəlliflərinin fikrincə, faşist generalı Njdeyə abidənin qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərin irimiqyaslı kultu yaradılıb. Müəlliflər yazırlar: “Onların şərəfinə xatirə sikkələri zərb edir, bədii və sənədli filmlər çəkirlər. Ermənistanın paytaxtında Qaregin Njde adına meydan var, dünən isə Ermənistan hökumətinin binası qarşısında onun abidəsini açıblar. Dünya birliyi Ermənistanda faşizmin təbliğinə bundan sonra da sussa, bugünkü Ermənistanın rəhbərliyi sabah eyni müvəffəqiyyətlə Hitlerə abidə qoya bilər. Burada qeyd etmək lazımdır ki, bu qaniçən faşistlərin kultu hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, onların arxasında dövlət, daha dəqiq desək, Ermənistan Respublikası dayanıb. Təəssüf ki, Ermənistanda faşistlər qəhrəman obrazında təqdim edilir, üstəlik, hakim partiya Qaregin Njdeni öz ideoloqlarından biri sayır. Belə bir fakta diqqət yetirin ki, bu nasist cinayətkarın abidəsi Ermənistanın hakim Respublika Partiyasının qərargahı yanında qoyulub”.

Müəlliflər yazırlar ki, biz faşist ideologiyasının təbliğini 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qanlı soyqırımı aktı nümunəsində görə bilərik. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri oldu: “Bu kütləvi qətliamın qəddar və amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq qalacaq. Bu qanlı kütləvi qırğını erməni generalları Dro və Njdenin varisləri törədiblər. Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dronun və Njdenin əsl və layiqli davamçılarıdırlar”.

Müəlliflər məqaləni belə yekunlaşdırıblar: “Belə olan şəraitdə Ermənistanın yəhudi əhalisinin əksəriyyətinin ya bu ölkədən qaçıb getməsinə, ya da diqqəti cəlb etməmək üçün ermənilərlə nikah bağlamalarına təəccüblənməyə dəyərmi? Təəssüf ki, ölkədə artmaqda olan antisemitizmi cilovlamaq üçün Ermənistan hökuməti əslində heç nə etmir. Ermənistan məhdud millətçilik siyasəti yürütdükcə və özünün iqtisadi və siyasi problemlərində başqalarını günahlandırdıqca, bu ölkədə qalan bir neçə yüz yəhudi əzab çəkməyə davam edəcək”.

Paylaş:
702

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər