ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri bəyanatla çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri bəyanatla çıxış edib

10:46 - 01 / 06 / 2016
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri bəyanatla çıxış edib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı- Respublika günü münasibəti ilə bəyanatla çıxış edib.

1news.az-ın məlumatına görə, konqresmen Kohen Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlət kimi tarixə düşdüyünü qeyd edib.

Bəyanatında Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin müstəqillik illərində ciddi çağırışlarla qarşılaşdığını və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu torpaqlardan çıxması tələbinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun hələ də erməni işğalında olduğunu bildirib.

Daha sonra bəyanatda Azərbaycanın təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə, nüvə materiallarının yayılmaması, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak və enerji təhlükəsizliyi kimi sahələrdə ABŞ-ın vacib tərəfdaşı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə, Azərbaycanın Əfqanıstanla bağlı töhfələri yüksək qiymətləndirilib. Bununla yanaşı, ölkəmizin Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı mühüm rol və Cənub Qaz Dəhlizi layihəsinin gələcəkdə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinə mühüm töhfəsi ilə bağlı məsələlərə xüsusi vurğu edilib.

Sonda konqresmen Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq İsraillə sıx əlaqələrə malik olduğunu və ölkəmizin İsrailin neft tələbatının 40%-nə yaxın bir hissəsini qarşıladığını vurğulayaraq, ümumilikdə Azərbaycan cəmiyyətinin olduqca tolerant ənənələrə malik olduğu və burada xristian və yəhudilərin sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulayıb.

1news.az

Paylaş:
615

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər