Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub

09:33 - 02 / 06 / 2016
Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər