Nazir: Cənub Qaz Dəhlizi Avropanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Cənub Qaz Dəhlizi Avropanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək

11:04 - 02 / 06 / 2016
Nazir: Cənub Qaz Dəhlizi Avropanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək

Cənub Qaz Dəhlizi layihəsi Cənub-Şərqi Avropada qaz kəmərlərinin texniki cəhətdən mürəkkəb infrastrukturunun yaradılmasını təmin edəcək. Bunun sayəsində bir sıra Avropa ölkələri Azərbaycan qazını ala biləcəklər.

1news.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

TAP layihəsi üzrə hazırlıq işlərinin 10%-nin yekunlaşdığını diqqətə çatdıran nazirin sözlərinə görə, TAP-dan Avropaya ixrac edilən qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq:

“Artıq TAP konsorsiumu Monteneqro, Xorvatiya, həmçinin Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsini təklif edib. TAP qazı Bolqarıstanın 40% qazını təmin etməyə qadirdir.

İldə 5 mlrd kubmetr qaz ötürmə gücünə malik Slovakiya-Macarıstan interkonnektorunun tikintisi artıq başa çatıb. Bundan başqa 6 mlrd kubmetr qaz ötürmə gücünə malik olacaq Macarıstan-Rumıniya interkonnektorun çəkilməsi nəzərdə tutulur. Bu xətt Cənub Qaz Dəhlizinə birləşdiriləcək”.

1news.az

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər