Bu ilin yanvar-may aylarında 171 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
1news.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-may aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 171 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 6522 ailə yaşayır.
““Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”- deyə, qurumdan bildiriblər.
1news.az