Somalidə otelə hücum olub: 15 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Somalidə otelə hücum olub: 15 nəfər ölüb

1news Redaksiyası00:33 - 02 / 06 / 2016
Somalidə otelə hücum olub: 15 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslərin otelə hücumu nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Hadisə nəticəsində Somali parlamentinin 2 deputatı həlak olub. Hazırda təhlükəsizlik qüvvələri hadisə yerində əməliyyat keçirirlər.

Qeyd edək ki, silahlılar əvvəlcə “Ambassador” otelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə otelə daxil olublar.

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər