İsmayıllı, Şamaxı və Qazax rayonlarında 1200 nəfərə yeni şəxsiyyət vəsiqəsi verilib
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın İsmayıllı, Şamaxı və Qazax şəhər və rayonlarında baş tutub.
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə keçirilən səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1200 nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.
“Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir”- deyə, nazirlikdən bildiriblər.
1news.az