Unibank real sektora dəstəyini daha da artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank real sektora dəstəyini daha da artırır

15:26 - 03 / 06 / 2016
Unibank real sektora dəstəyini daha da artırır

Bank manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir

Yerli biznesə, sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bank manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir. Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq, Unibanka müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Maliyyə sektorunda baş verən proseslər iş adamlarını özlərinə daha dayanıqlı tərəfdaş seçməyə vadar edir. Bunun nəticəsidir ki, təkcə son aylarda bankın  iri korporativ müştərilərinin sayı 12% artıb. Bu müddətdə biznesə verilən kreditlərin həcmi isə 13,6 milyon manatdan çoxdur.

Qeyd edək ki, bankda manat depozitlərinin artımı müşahidə olunur. Korporativ bank xidmətləri departamentinin  rəhbəri Məcid Məmmədov bu artımı bir neçə səbəblə əlaqələndirib:

“Bu artımı  ilk 3 səbəblə əlaqələndirərdim: 1) manatın məzənnəsinin stabilləşməsi; 2) Əmanətlərin Sığortalanması Fondu tərəfindən depozitlərin sığortalanması; 3) Bank tərəfindən manat depozitlərinin dollarla müqayisədə daha yüksək faizlə qəbul olunması. Beləliklə də bu amillər nəticə etibarı ilə verilən kreditlərdə manat kütləsinin həcminin artmasına səbəb olur”.

Unibank Sahibkalığa Kömək Milli Fondunun da uğurlu tərəfdaşları sırasındadır. Ötən il bank tərəfindən təkcə  Sahibkarlığa Kömək Milli Fondunun  vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən  130 kredit  verilib.  İlin əvvəlindən bu yana da Unibank SKMF-nin vəsaiti hesabına kreditləşmədə aktiv iştirak edən banklardan biridir. Sahibkarlığa Kömək Milli Fondunun  xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə  - illik cəmi 6% -lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla 10 milyon manatadəkdir.

Beynəlxalq maliyyə qurumların etibarlı tərəfdaşı olan Unibank  kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına kreditləşməni həyata keçirir. Dünya Bankı və  Kənd Təsərrüfatı Nazirliyi ilə  birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

Dünyanın nüfuzlu maliyyə qurumuları ilə əməkdaşlığı genişləndirən Unibank,  beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərinə dəstək olur. Bankın dünyanın tanınmış və nəhəng maliyyə qurumlarından olan  “Credit Agricole” və “Unicreditgroup”la əməkdaşlığı nəticəsində, Unibankın korporativ müştəriləri  beynəlxalq bazarda nəinki  nüfuzlu zamin,  həm də maliyyə dəstəyi də əldə edə bilirlər.

Pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən Unibank, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. Unibank-da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək  və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.

Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov qeyd edir ki “Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün istisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən  biri də  beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə,  kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək,  kredit şərtlərinin təkmilləşdirilməsidir.”

Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və  “Unibank- biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az  ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

 

Paylaş:
902

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər