Vüsal Qasımlı: “Bu dəyişikliklər Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat dəstəyidir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Qasımlı: “Bu dəyişikliklər Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat dəstəyidir”

11:22 - 03 / 06 / 2016
Vüsal Qasımlı: “Bu dəyişikliklər Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat dəstəyidir”

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunları iyunun 1-də cənab Prezident İlham Əliyev tərəfindən imzalanıb.

1news.az-ın verdiyi xəbərə görə,  məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib ki, qanunların qəbul olunmasında əsas məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştlərin tətbiqi, onların inzibati yükünün azaldılması, bu sahənin inkişafının stimullaşdırılmasına dövlət dəstəyini göstərilməsidir:

“Konkret olaraq bu dəyişikliklər Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat dəstəyidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinə edilən dəyişikliklərə əsasən Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı ilin mayın 1-dən etibarən 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Həmin Məcəllənin 165-ci maddəsinə edilən dəyişikliklərə əsasən isə Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən 2016-cı ilin mayın 1-dən etibarən 5 il müddətinə əlavə dəyər vergisi (ƏDV) sıfır (0) dərəcə ilə tutulur.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə edilən dəyişikliklərə əsasən aşağıda qeyd olunan kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi veriləcək: 1) Qaradağ Sənaye Parkının rezidenti və onun Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər olan podratçısı tərəfindən dəvət edilmiş gəmiqayırma sahəsində ali təhsilə və ya müvafiq ixtisas üzrə peşə təhsilinə və bu sahədə ən azı bir il iş təcrübəsinə malik olan mütəxəssislərə; 2) Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavinlərinə.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində edilən dəyişikliyə əsasən Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçısı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı ilin mayın 1-dən etibarən 5 il müddətinə məcburi dövlət sosial sığortasından azad olunurlar.

“Gömrük tarifi haqqında” Qanunun 20-ci maddəsinə edilən dəyişikliyə əsasən Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı ilin mayın 1-dən etibarən 5 il müddətinə gömrük rüsumlarından azad edilirlər.

Beləliklə, Qaradağ Sənaye Parkının ilk rezidenti statusu almış “Bakı Gəmiqayırma Zavodu” MMC-nin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Bu zavod SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən təsis edilib. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. Bunun üçün investisiya axını və əmək qüvvəsinin azad hərəkəti üçün bütün şərait yaradılıb. Zavodun Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın olması gələcəkdə sinerji effekti yaradacaqdır. Ələtdə yaradılacaq Azad İqtisadi Zona Bakı Gəmiqayırma Zavodu ilə "biznes-to-biznes" formatında bir-birinə daha çox dəstək verəcəkdir.

Dövlət tərəfindən aparılan islahatlar həm qanunvericilik mühitinin təkmilləşdirilməsi, həm infrastrukturun yaxşılaşdırılması və həm də sinerji effektinin yaradılmasına xidmət edir. Bakı Gəmiqayırma Zavodu Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq və Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir ki, bununla da Azərbaycanın dəniz dövləti kimi qüdrəti artacaqdır. Hazırda Azərbaycan gəmiləri bir çox hallarda xarici ölkələrdə təmir edilir.

Digər tərəfdən, Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə müxtəlif illərdə xaricdən xeyli sayda tanker, yük gəmisi və bərə almışdır. Bakı gəmiqayırma zavodunun işə düşməsindən sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada aparılacaqdır. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. 

Mövzu ilə əlaqədar oxuyun:

Vergi Məcəlləsində dəyişikliklər edilib

“Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilib

1news.az

Paylaş:
1133

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər