Şirvan Milli Parkında yanğın olub
İynun 5-də saat 15:00 radələrində Şirvan Milli Parkının ərazisində yerləşən “Salyan Oil” şirkətinin istifadəsində olan sahədə yanğın hadisəsi baş verib.
1news.az-ın məlumatına görə, yanğın Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın zamanı təxminən 2 hektara yaxın sahənin quru ot və kol örtüyü yanıb, milli parkın təbii ehtiyatlarına ciddi ziyan dəyməyib.
İlkin ehtimala görə yanğına səbəb “Salyan Oil” şirkəti tərəfindən təhlükəsizlik qaydalarına ciddi əməl olunmaması nəticəsində neft quyularına gedən yüksək gərginlikli elektrik xəttində yaranan qısaqapanma olub.
Yanğının yaxınlıqda olan istirahət mərkəzinə keçməsinin qarşısının alınmasına dair məlumatla bağlı bildiririk ki, həmin ərazinin yaxınlığında heç bir istirahət mərkəzi mövcud deyil, ən yaxınlıqda olan Kürsəngi kəndi isə yanğın baş vermiş ərazidən 10 kilometr uzaqlıqda yerləşir. Ərazidə yalnız “Salyan Oil” şirkətinə məxsus neft quyuları fəaliyyət göstərir.
1news.az