Qazaxıstanda terror aktı: 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstanda terror aktı: 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb

10:36 - 06 / 06 / 2016
Qazaxıstanda terror aktı: 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb

İyunun 5-də Aktobe şəhərində silahlı insident baş verib. Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev Aktobedə baş verənləri terror aktı adlandırıb.

1news.az xəbər verir ki, o bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Müqəddəs Ramazan ayı ərəfəsində Aktobedə baş verən terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir. Hazırda onların cəzalandırması istiqamətində ən ciddi tədbirlər görülür”, K-J. Tokayev vurğulayıb.

İyunun 5-də Aktobe şəhərində silahlı insident baş verib. Naməlum silahlılar silah mağazası və hərbi hissəyə hücuma edib. Hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Bir qədər sonra Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubaev Aktobe şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib.

1news.az

 

Paylaş:
728

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər