Ərdoğandan terror açıqlaması: “Hər şeyin bir qarşılığı var..”
Ələbəttə ki, şəhidlərimiz var, ciyərimiz qan ağlayır, amma hər şeyin bir qarşılığı var..”
1news.az “Milliyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında İstanbulda törədilən terror hadisəsi zamanı yaralanmış mülki şəxs və polisləri Haseki Tədris və Araşdırmalar Xəstəxanasında ziyarət edərkən deyib.
O, şəhidlərə rəhmət diləyib, yaralanmış polis və mülki şəxslərin tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış törədilib. Nəticədə 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır. Yaralananlardan biri Azərbaycan vətəndaşıdır.
1news.az