Türkiyədə növbəti terror aktı baş verib: 2 nəfər ölüb, 23 nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub.
1news.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.
Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb
“Anadolu” agentliyi isə terror aktı nəticəsində biri polis olmaqla, 2 nəfərin öldüyünü, 23 nəfər yaralandığını xəbər verib.
13:49
Türkiyənin Mardin əyalətinin Midyat bölgəsində terror aktı həyata keçirilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Midyatda polis bölməsinə bomba yüklənmiş avtomobil daxil olub.
Ölənlər haqqında hələ məlumat olmasa da, çoxlu sayda yaralıların olduğu bildirilir.
Hadisə yerinə təcili yardım maşınları çağırılıb.
Xatırladaq ki, ötən gün İstanbulda baş verən terror aktı zamanı 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
1news.az