Azərbaycanda inflyasiya 15 ildən sonra ilk dəfə ikirəqəmli həddə çatıb
Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində valyutanın dəyərdən düşməsi Azərbaycan və Qazaxıstana da inflasiya təzyiqini artırdı. Proqnozlara görə, burada 15 ildən sonra ilk dəfə olaraq inflyasiya ikirəqəmli həddə çatıb.
1news.az xəbər verir ki, bu haqda Beynəlxalq Bankın Yaxın Şərq, Mərkəzi Asiya və Kafqazın neft ölkələrinin iqtisadi vəziyyətinə həsr olunmuş hesabatında məlumat verilib.
Sənəddə o da qeyd olunur ki, yaranan vəziyyət bank sektoruna da təsir edir.
DVB dollarlaşmanın səviyyəsinin artdığını, həmçinin, “mübadilə məntəqələrinin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənliyin yüksək olduğunu qeyd edib.
Fondun analitiklərinin sözlərinə görə 2016-cı ildə Azırbaycanda ÜDM 3 faiz azala bilər.
Xatırladaq ki, sosial –iqtisadi inkişafın yüenilənmiş konsepsiyasına əsasən 2016-cı ildə inflyasiya səviyyəsinin 10-12 faiz olacağı proqnozlaşdırlıb.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu gözləntilər iqtisadiyyatdakı devalvasiya ilə əlaqədardır.
“2015-ci ilin dekabr ayında baş verən devolvasiya istehlak bazarına təsirsiz ötmədi”,- deyə S.Şərifov bildirib.
Qeyd edək ki, daha əvvəl hökumət 2016-cı ildə 3.3 faiz inflyasiya nəzərdə tuturdu.
1news.az