Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

10:50 - 09 / 06 / 2016
Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov cari il iyunun 17-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

1news.az-ın məlumatına görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lerik şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1news.az

 

 

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər