Bakıdan Urumçi və Quancoya aviareys açılacaq - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıdan Urumçi və Quancoya aviareys açılacaq - FOTO

15:21 - 10 / 06 / 2016
Bakıdan Urumçi və Quancoya aviareys açılacaq - FOTO

İyul ayından Bakıdan Urumçi və Quancoya aviareys açılacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iyunun 10-da “China Southern Airlines” (Çin Cənub Hava Yolları) aviaşirkəti Bakı-Urumçi və Bakı-Quancoy aviareysinin təqdimatını keçirib.

Təqdimatda “China Southern Airlines” aviaşirkətinin direktor müavini Çen Lixong Azərbaycanda fəaliyyətlərinin hər iki ölkənin ticarət və turizm sahəsinə böyük töhfə verəcəyini bildirib. Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini söyləyən direktor müavini fəaliyyətə başalayacaq aviareysin “İpək Yolu” layihəsinə dəstək olacağını da qeyd edib.

“Çin Cənub Hava Yolları Çinin qərb zonasına uçmaqla bərabər, orada əsas avia infrastrukturların maliyyələşməsinə böyük dəstək verib. Avadanlıqlarını daim yeniləyən şirkətimiz artıq “Boeing 777” təyyarəsi ilə sərnişinlərin rahat şəkildə səyahət etməsinə xidmət edir. 2006-cı ilin mart ayından Bakı-Urumçi aviareysimiz fəaliyyətə başlayıb. İqtisadi səbəblərə görə il yarım dayandırılan uçuşları iyul ayından yenidən bərpa etməklə yanaşı, bu xətti Quanjoya qədər uzadacağıq”, - deyə Çen Lixonq deyib.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin Azərbaycan və Çin xalqının mədəniyyətlərinin yüksək mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə fikirlərini söyləyib. Bildirib ki, Azərbaycanda fəaliyyəti artıq başa çatır və burada fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın iqtisadi və sosial inkişafının şahidi olub. “Azərbaycan bir çox uğurlar əldə edib. Beynəlxalq səviyyədə keçirilən idman yarışlarına ev sahibliyi edərək dünya miqyasında tanınır və iqtisadi uğurları ilə yeni eranın başlanğıcını qoyur. Azərbaycan bütün xalqların birlikdə yaşaya biləcəyi bir ölkədir. Azərbaycandan xoş təəssüratlarla ayrılacağımı bildirmək istəyirəm. İyulun 3-dən fəaliyyətə başlayacaq aviareys də hər iki ölkənin sıx münasibətinə öz töhfəsini verəcək”, - deyə Xun Tsyuin vurğulayıb.

Çin Cənub Hava Yollarının Bakı ofisinin satış agenti Nərmin Babayeva aviaşirkət barədə geniş məlumat verib, şirkətin göstərdiyi xidmətin keyfiyyətindən, həyata keçirilən yeniliklərdən danışıb.

1news.az

 

Paylaş:
776

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər