Kapital Bank həftənin bütün günləri fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank həftənin bütün günləri fəaliyyət göstərəcək

18:12 - 10 / 06 / 2016
Kapital Bank həftənin bütün günləri fəaliyyət göstərəcək

Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-Prisi ilə əlaqədar olaraq Kapital Bank-ın Səbail, İçəri Şəhər, Mərkəz, Xətai və Gənclik Mall filialları 10 iyun – 21 iyun tarixlərinədək şənbə və bazar günləri daxil, saat 09:00-dan, 21:00-dək fəaliyyət göstərəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər