Ramazan ayının dördüncü gününün duası və iftar vaxtı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan ayının dördüncü gününün duası və iftar vaxtı - FOTO

10:11 - 10 / 06 / 2016
Ramazan ayının dördüncü gününün duası və iftar vaxtı - FOTO

Bu gün Ramazan ayının dördüncü günüdür.

1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:27- yə təyin olunub.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Dördüncü günün duası:

“Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi’ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!”

Tərcüməsi:

“Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!”

Qeyd edək ki, sabah, Ramazan ayının beşinci günü üçün imsaq 03:09, iftar vaxtı isə 20:27 təyin edilib.

Allah bütün oruc tutanların orucunu qəbul etsin!

1news.az

 

 

 

 

Paylaş:
2080

Son xəbərlər

Bütün xəbərlər