Ermənistan parlamenti qarşısında ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti qarşısında ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir

13:01 - 13 / 06 / 2016
Ermənistan parlamenti qarşısında ​Rusiya əleyhinə etiraz aksiyası keçirilir

İyunun 13-də Ermənistan parlamentinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir.

1news.az news.am-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistanla Rusiyanın Raket Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə dair müqaviləyə etiraz edirlər.

Aksiya iştirakçıları "Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!", "Növbəti satqınlıq addımı!"," Biz peryakovların ordusuna deyil, erməni ordusuna etibar edirik!" və başqa şüarlar səsləndirirlər.

Aksiya iştirakçısı Tiqran Xzmalyan deyib: "Rusiya ilə Ermənistan arasında müqavilənin imzalanması səhv addım və satqınlıqdır. Müqviləni imzalamaqla təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı müharibə elan edirik".

Onun sözlərinə görə, bu müqavilə Ermənistanın gələcəyinin səssizcə Rusiyaya satılmasıdır.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında Ermənistanla Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə də müzakirə ediləcək.

1news.az

Paylaş:
856

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər