Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq

16:47 - 13 / 06 / 2016
Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq

10 iyun 2016-ci il tarixindən etibarən Bank of Baku həftəiçi 7 gün saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq.

17-19 iyun tarixlərində, Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “Formula-1” Avropa Qran-Pri yarışlarının təşkili ilə əlaqədər olaraq iş rejimində tətbiq olunan bu dəyişiklik əsasında Bankın aşağıdakı ünvanlarda fəaliyyət göstərən 3 filialı həm müştərilərə, həm də xarici ölkə vətəndaşlarına xidmət göstərəcək:

- Mərkəz filialı – Bakı şəh., Azərbaycan pr. 3; Tel.: 012 437-22-00

- Azneft filialı – Bakı şəh., Neftçilər pr. 65; Tel.: 012 497-15-35

- Səməd Vurğun filialı – Bakı şəh., Nəsimi ray., Puşkin küç., 12/14; Tel.: 012 498-00-32

Yuxarıda adları qeyd olunan filiallar MBNP-nin tövsiyəsi ilə saat 09:00-dan saat 21:00-dək gücləndirilmiş iş rejimində faəliyyətini 21 iyun 2016-ci il tarixinədək davam etdirəcək.

Qeyd edək ki, filiallarda bazar ertəsi – cümə günü 17:00-dan sonra, həmçinin şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək yalnız valyuta mübadiləsi əməliyyatları aparılacaq.

Bank of Baku-nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün Bankın 145 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku  

 

Paylaş:
3812

Son xəbərlər

Bütün xəbərlər