Asiya İnkişaf Bankı: Azərbaycanın maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Asiya İnkişaf Bankı: Azərbaycanın maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıq

12:29 - 13 / 06 / 2016
Asiya İnkişaf Bankı: Azərbaycanın maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıq

Asiya İnkişaf Bankı son illər ərzində  Azərbaycanda aparılan islahatlar və maliyyə sektorunun dayanıqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəkləyir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirildiyinə görə, bu fikir MBNP-nin Direktorlar Şurasının üzvlərinin iştirakı ilə Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə səsləndirilib.

Azərbaycan ilə münasibətlərə önəm verdiklərini bildirən Metyu Foks son dövrdə ölkədə aparılan islahatları və maliyyə sektorunun dayanıqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəklədiklərini diqqətə çatdırıb.

Hər iki tərəf ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Görüş MBNP ilə AİB arasında birgə əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələrlə davam edib.

1news.az

 

 

Paylaş:
931

Son xəbərlər

Bütün xəbərlər