Türkiyə Prezidenti dövlət bayramı münasibətilə rusiyalı həmkarını təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət bayramı – Rusiya Günü münasibətilə həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım isə Rusiya hökumətinin başçısı Dmitri Medvedevi bayram münasibətilə təbrik edib.
Təbrik məktublarında Rusiya xalqına firavanlıq arzulanır. Eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinin xoş gələcəyi ilə bağlı arzular ifadə edilir.
1news.az
601